"Qarabağ"ın prezidenti "Şöhrət" ordeni ilə təltif olundu

Azərbaycan prezidenti İlham Əliyev dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə və elm, təhsil, mədəniyyət sahələrində nailiyyətlərinə görə bir qrup şəxsi təltif edib.

SportLine.az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, "Qarabağ"ın prezidenti Abdulbari Gözəl  ölkə prezidenti tərəfindən "Şöhrət" ordeni ilə mükafatlandırılıb.