"Qarabağ"ın Qəbələ planı

“Qarabağ” bu gün Qəbələyə yollanıb.

Sportline.az xəbər verir ki, Ağdam təmsilçisi sabah Azərbaycan kubokunun yarımfinal mərhələsi çərçivəsində “Qəbələ”nin qonağı olacaq.

Qurban Qurbanovun çalışdırdığı kollektiv bu görüşdən sonra Bakıya qayıtmayacaq. Belə ki, komanda bir neçə gün sonra Premyer Liqa çərçivəsində də “Qəbələ” ilə qarşılaşacağı üçün, həmin vaxta kimi elə burada qalmağa qərar verib.

Sabah keçiriləcək “Qəbələ” – “Qarabağ” matçı saat 17:30-da başlanacaq. Aprelin 24-də Premyer Liqa çərçivəsində baş tutacaq oyun da eyni saatda start götürəcək.