"Qarabağ"ın qələbəsi ilə UEFA reytinqində Rusiyaya yaxınlaşdıq
Avrokubokların növbəti oyunları UEFA reytinqinə təsir edib.
Sportline.az xəbər verir ki, “Qarabağ” Çempionlar Liqasının təsnifat mərhələsinin 2-ci mərhələsinin cavab matçında Cəbəllütariq “Linkoln” klubuna qalib gələrək (5:0) daha 0,25 xal toplayıb.
Azərbaycan beş il ərzində ümumilikdə 18.000 xala malikdir və UEFA reytinq siyahısında 24-cü yerdədir.
Rusiya Azərbaycandan irəlidədir (18,299), Slovakiya (17,875) isə geridədir.
Qeyd edək ki, Azərbaycan mövsümə 16 750 ilə başlayıb.