"Qarabağ"ın rəqibi bu tarixdə gəlir

"Sileks"in Çempionlar Liqasının 1-ci təsnifar mərhələsində "Qarabağ"la görüşlə əlaqədar Bakıya səfər planı müəyyənləşib.

Sportline.az "Sportmedia"ya istinadən xəbər verir ki, Şimalı Makedoniya təmsilçisi avqustun 17-i səhər saatlarında çarter reysi ilə Bakıya yola düşəcək. Elə həmin günün axşamı komanda Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxacaq.

"Sileks" avqustun 18-i saat 20:00-da başlayacaq qarşılaşma bitdikdən dərhal sonra Azərbaycanı tərk edəcək.