"Qarabağ"ın rəqibi kubok oyununa çıxacaq

Konfrans Liqasında "Qarabağ"ın rəqibi olan "Gent" sabah meydana çıxacaq.

Sportline.az xəbər verir ki, Ağdam klubunun qarşılaşacağı belçikalılar Kornelis kubokunda mübarizə aparacaqlar.

Belçika klubu eyni şəhərin digər təmsilçisi "K.R. Gent"lə üz-üzə gələcək.

Matç dekabrın 7-də Gentdə "Çillaks Arena"da keçiriləcək.

Xatırladaq ki, "Qarabağ"la "Gent" klublarının oyunu fevralın 16-da Bakıda, bir həftə sonra isə Belçikada oynanılacaq.