"Qarabağ"ın rəqibi kubokun sahibi oldu

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində rəqibi Belçika  “Gent”i Kornelis kubokunu qazanıb.

Sportline.az xəbər verir ki, komanda yoxlama oyununda “Çillaks Arena”da "KSK Gent"lə qarşılaşıb və 5:0 hesabı ilə qalib gəlib.

"Gent"- "KSK Gent" - 5:0
Qollar:
 Hyulsaqer, 2, Kuypers, 15, 40, Honq, 23, Hayqe, 48

Qeyd edək ki, "Qarabağ" "Gent"ə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.