"Qarabağ"ın rəqibi müəyyənləşdi

Bu gün Avropa Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Sportline.az xəbər verir ki, avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçimiz “Qarabağ”ın da növbəti rəqibi bəlli olub.

Azərbaycan çempionu pley-off mərhələsində  “Legiya” (Polşa) - “Drita” (Kosovo) cütünün qalibi ilə görüşəcək.

Təmsilçimiz oyununu səfərdə keçirəcək.

Qeyd edək ki, III təsnifat mərhələsi sentyabrın 24-də, pley-off oktyabrın 1-də keçiriləcək.