"Qarabağ"ın rəqibində daha bir itki

İspaniyanın "Vilyarreal" komandası UEFA Avropa Liqasının VI turunda "Qarabağ"la oyuna 2 itki ilə çıxacaq.

Sportline.az "Marca"ya istinadən xəbər verir ki, hücumçu Karlos Bakka ilə yanaşı, yarımmüdafiəçi Moi Qomes də zədə səbəbindən oynaya bilməyəcək.

Hər iki futbolçu La Liqanın XI turunun "Real Sosyedad"la görüşündə zədələnib.

Qeyd edək ki, dekabrın 10-da keçiriləcək "Vilyarreal" - "Qarabağ" görüşünün start fiti Bakı vaxtı ilə saat 00:00-da səslənəcək.