"Qarabağ"ın rəqibində koronavirus

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Vilyarreal"ın futbolçusu Sofian Çaklada koronavirus aşkarlanıb.

Sportline.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.

27 yaşlı müdafiəçinin Mərakeş yığmasında olarkən verdiyi testin nəticəsi müsbət çıxıb. O, Mərakeşdə karantinə alınıb.

Qeyd edək ki, "Qarabağ" "Vilyarreal"la oktyabrın 29-da Bakıda üz-üzə gələcək.