"Qarabağ"ın rəqibindən xəbər var

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Marsel” heyətinə yeni futbolçu qatmaq üzrədir.

Sportline.az xəbər verir ki, bu barədə “L'Equipe” məlumat yayıb. Fransa klubu “Beyçzin Qoan” (Çin) ilə müqaviləsi başa çatan konqolu hücumçu Sedrik Bakambu ilə anlaşıb. Tərəflər 2,5 illik müqavilə imzalayacaqlar.

31 yaşlı forvard fevralın 17-də və 24-də “Marsel”in heyətində “Qarabağ”la matçlarda iştirak edə bilər.

Qeyd edək ki, Sedrik Bakambu “Beyçzin Qoan”ın heyətində keçirdiyi 87 oyunda 58 qol vurub.