"Qarabağ"ın rəqibindən yeni transfer

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi - "Marsel" klubu yeni transfer edib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi konqolu hücumçu Sedrik Bakambu ilə 2.5 illik müqavilə imzalayıb.

Son olaraq Çinin "Beytszin Qoan" klubunda çıxış edən  31 yaşlı futbolçu 87 oyunda 58 qol vurub, 21 məhsuldar ötürmə edib. 

Qeyd edək ki, "Qarabağ" "Marsel"lə fevralın 17-də səfərdə, fevralın 24-də isə Bakıda görüşəcək.