"Qarabağ"ın rəqibinin ulduzu "Arsenal"ın transfer siyahısında yer alıb

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Nyukasl Yunayted"in yarımmüdafiəçisi Sandro Tonali "Arsenal"ın maraq dairəsinə düşüb.

Sportline.az "Chronicle Live" nəşrinə istinadən xəbər verir ki, "topçular"ın çalışdırıcısı Mikel Arteta italiya oyunçunun xidmətində maraqlıdır.

25 yaşlı oyunçunun dəyəri 75 milyon avrodur.

Qeyd edək ki, İtaliya millisinin üzvü karyerası ilə bağlı qərarı yayda verəcək.