"Qarabağ"ın sabiq futbolçusu Çində

“Qarabağ”ın sabiq forvardı Dino Ndolovu yenidən Çində oynayacaq.

Sportline.az xəbər verir ki, təcrübəli hücumçu “Çançun Yatay”la anlaşıb.

“Kocaelispor” isə, onun transferinə razılıq verib.

Qeyd edək ki, Dinonun İzmit klubuna keçməmişdən əvvəl "Neftçi"yə transferi haqda məlumatlar dolaşırdı.