"Qarabağ"ın səfər proqramı

"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsində Polşa "Legiya"sı ilə keçirəcəyi matçının səfər proqramında dəyişiklik edilməyib. 

Sportline.az xəbər verir ki, komanda bu gün saat 17:00-da çarter reysi ilə Polşaya yola düşəcək. 

Sabah komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək. 

Qeyd edək ki, oktyabrın 1-ə təyin olunan "Legiya" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.