"Qarabağ"ın yeni transferi

"Qarabağ" Kiprin AEK (Larnaka) komandasında forma geyinmiş Jeremi Qnali ilə heyəti gücləndirib.

Sportline.az xəbər verir ki, sol cinah müdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb.

Fransanın “Mets” klubunun yetirməsi "Qarabağ"da 24 nömrəli forma ilə oynayacaq. 

Qeyd edək ki, 23 yaşlı futbolçu karyerası ərzində “Mets B”, İspaniyanın “Tarazona” və “Melilya” komandalarında çıxış edib. 

Jeremi Qnali yüksək fiziki hazırlığı və texniki bacarıqları ilə diqqət çəkir.