"Qarabağ"ın yeni transferi ilk dəfə milliyə çağırıldı

Kabo-Verde milli komandasının heyəti açıqlanıb.

Sportline.az xəbər verir ki, baş məşqçi Pedro Leytao Brito (Bubista) Andorra və Qvineya seçmələri ilə yoldaşlıq oyunları üçün yığmaya 27 futbolçu çağırıb.

Onların arasında "Qarabağ"ın yeni transferi Patrik Andrade də var. 27 yaşlı yarımmüdafəçi ilk dəfə milli komandaya çağırılıb.

Qeyd edək ki, Kabo-Verde Andorra ilə oktyabrın 7-də, Qvineya ilə oktyabrın 10-da qarşılaşacaq.