"Qarabağ"ın yeni transferləri düşərgəyə qoşulur
“Qarabağ”ın yeni transferi Luka Quqeşaşvili bu gün komandaya qoşulacaq.
Sportline.az xəbər verir ki, 22 yaşlı qapıçı Ağdam təmsilçisi ilə Antalyada təlim-məşq toplanışında iştirak edəcək.
Həmçinin “Qarabağ”ın razılaşdığı oyunçu Leandro Andrade də bu gün klubu “Çerno More”dən ayrılaraq Bolqarıstandan Antalyaya yola düşməyə hazırlaşır.
Qeyd edək ki, Ağdam komandasının Türkiyədə təlim-məşq toplanışı yanvarın 12-26-da keçiriləcək.