"Qarabağ"ın yetirməsi Moldova klubunda
Moldovanın "Dinamo-Avto" klubu heyətinə yeni futbolçu cəlb edib.
Sportline.az xəbər verir ki, Tiraspol təmsilçisi Azad Qolikimilanı transfer edib.
Bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.
22 yaşlı forvardla imzalanan müqavilənin müddəti açıqlanmayıb.
Qeyd edək ki, Azad Qolikimilan "Qarabağ"ın yetirməsidir.
İranlı futbolçu Ağdam təmsilçisinin U-19 və əvəzedici komandasında oynayıb.