"Qarabağ"la oyunöncəsi qələbə
"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Marsel" Fransa çempionatında növbəti oyuna çıxıb.
Sportline.az xəbər verir ki, komanda 24-cü turda "Metz"in qonağı olub və 2:1 hesablı ilə qalib gəlib.
"Metz" - "Marsel" - 1:2
Qollar: Bakambu, 26 (0:1), Maiga, 52 (1:1), Milik, 82 (1:2)
Bu qələbə ilə xalını 46-ya yüksəldən "Marsel" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Siyahıya 59 xalla PSJ başçılıq edir.
Qeyd edək ki, "Marsel" Konfrans Liqasında fevralın 17-i "Qarabağ"ı qəbul edəcək. Komandalar 1 həftə sonra isə Bakıda üz-üzə gələcək.