"Qaradağ Lökbatan" liderliyə yüksəldi
Azərbaycan 2-ci liqasında 16-cı tur davam edir.
Sportline.az xəbər verir ki, ikinci oyun günündə 1 matç keçirilib. "Qaradağ Lökbatan" və "Şəmkir" klubları üz-üzə gəlib.
Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra "Qaradağ Lökbatan" xal sayını 42-yə çatdıraraq liderliyə yüksəlib. "Şəmkir" isə 26 xalla 5-ci pillədə qərarlaşıb.
2 mart (bazar ertəsi)
15:00. "Qaradağ Lökbatan" - "Şəmkir" - 4:0
Qollar: Rəhman Quliyev, 30, Hakan Həsənov, 44, Tural Axverdiyev, 45, İlham Hüseynov, 87
Hakimlər: Ceyhun Hüseynov, Ruslan Məmmədov, Rizvan Süleymanov, Nahid Xasiyev
Lökbatan OİK stadionu
3 mart (çərşənbə axşamı)
13:00. "Xankəndi" - "Araz Saatlı"
14:30. "Ağstafa Gəncləri" - "Göygöl"
15:00. "Şəki Siti" - Ağdaş"
4 mart
14:30. "Dinamo" - "Şirvan"
1 mart (bazar)
15:00. “Quba” - "Kür-Araz" - 0:0