Qaret Sautqeyt İngiltərə mətbuatını ittiham edib
İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeytin İngiltərə mətbuatı ilə münasibətləri xoşagəlməz hal alıb.
Sportline.az xəbər verir ki, yarımfinala adlamasına rəğmən baxımsız oyunu ciddi tənqid olunan çalışdırıcı bunun cavabını vermək qərarına gəlib.
Təcrübəli mütəxəssis İngiltərə mətbuatına qarşı ciddi ittiham irəli sürüb.
Onun sözlərinə görə, jurnalistlər İsveçrə millisinə İngiltərə seçməsinin taktikası ilə bağlı məlumat sızdırıblar.
"Biz Avropa çempionu olmaq istəyirik. Mətbuatımız isə, oyunqabağı məşqimizdən iki saat sonra taktiki sirrlərimizi rəqibə sızdırır. Buna nə ad vermək olar?", - deyə Sautqeyt "TalkSPORT"da hiddətini gizlətməyib.
Qeyd edək ki, İngiltərə millisi İsveçrə ilə 1/4 final matçında penalti seriyasındakı qələbə sayəsində 1/2 finala adlayıb.