Qaret Sautqeyt İngiltərə millisindəki vəzifəsindən istefa verib
İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt vəzifəsindən istefa verib.
Sportline.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
53 yaşlı mütəxəssis milliyə 2016-cı ildən başçılıq edirdi. Onun rəhbərliyi altında komanda meydana çıxdığı 102 oyunda 61 qələbə, 17 məğlubiyyət və 24 heç-heçə ilə yadda qalıb.
Qeyd edək ki, İngiltərə yığması Almaniyada təşkil olunan AVRO-2024-ün finalında İspaniyaya 1:2 hesabı ilə uduzub.