Qaret Sautqeytin İngiltərə millisində gələcəyi bəlli olub
İngiltərə Futbol Federasiyası qışda müqaviləsi başa çatacaq millinin baş məşqçisi Qaret Sautqeytlə bağlı yekun qərarı verib.
Sportline.az "The Times"a istinadla xəbər verir ki, İngiltərə millisi 53 yaşlı mütəxəssislə müqavilənin müddətini uzadacaq.
Britaniyalıların finalda məğlub olacağı təqdirdə bu qərarın dəyişilməyəcəyi bildirilib.
2016-cı ildən komandaya rəhbərlik edən Sautqeyt ardıcıl ikinci Avropa Çempionatında İngiltərəni finala daşıyıb.
Qeyd edək ki, İngiltərə millisi AVRO 2024-ün finalında İspaniya ilə üz üzə gələcək. Görüş iyulun 14-də Berlində keçiriləcək.