Qazax futbolçunun "Beşiktaş"a transferi rəsmiləşdi
"Beşiktaş" Qazaxıstan millisinin futbolçusu Baxtiyar Zaynuddinovun transferini rəsmiləşdirib.
Sportline.az sovsport.ru-ya istinadla xəbər verir ki, Moskva ÇSKA-sının sabiq yarımmüdafiəçisi ilə 4 illik müqavilə imzalanıb.
Transfermarkt saytında futbolçunun transfer dəyəri 4,5 milyon avro göstərilir.
Qeyd edək ki, Zaynuddinov bu mövsüm meydana çıxdığı 5 oyunda 1 qol və 1 asist müəllifi olub.