Qazaxıstan seçmə komandası Bakıda
Cüdo üzrə Qazaxıstan seçmə komandası Bakıda Azərbaycan millisi ilə təlim-məşq toplanışına başlayıb.
Federasiyanın Mətbuat Xidmətindən Sportline.az saytına verilən məlumata görə, hazırlıq prosesinə Qazaxıstanın ümumilikdə 29 idmançısı qatılıb.
Toplanışda əsas məqsəd cüdoçuların beynəlxalq yarışlara hazırlıqlarının təkmilləşdirilməsi, onların taktiki biliklərinin artırılması və yarış təcrübələrinin daha da gücləndirilməsidir.
Qeyd edək ki, təlim-məşq toplanışı aprelin 22-dək davam edəcək.