Qazaxıstanın daha bir klubu "Qarabağ"ın qapıçısı ilə maraqlanır

Qazaxıstanın daha bir klubu Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Emil Balayevi heyətinə qatmaq istəyir.

Sportline.az xəbər verir ki, "Meta-ratings.kz" saytına istinadən xəbər verir ki, "Turan" 28 yaşlı qolkiperlə maraqlanır.

Premyer Liqa təmsilçisinin Balayevlə danışıqlara başladığı da iddia olunub. Baş məşqçi Vladimir Qazzayev yeni qapıçı axtarır və azərbaycanlı oyunçunu komandasında görmək istəyir.

Balayev 2019-cu ildə "Tobol"da 42 yaşlı mütəxəssisin rəhbərliyi altında çıxış edib.

Qeyd edək ki, Emil Balayevi ölkənin digər klubu "Aktobe" də heyətinə qatmaq istəyir.

Banner