Qazaxıstanlı futbolçu "Beşiktaş"da

ÇSKA-nın yarımmüdafiəçisi Bəxtiyar Zaynuddinov karyerasını Türkiyə çempionatında davam etdirəcək.

Sportline.az sport-express.ru-ya istinadla xəbər verir ki, Qazaxıstan millisinin üzvü "Beşiktaş"ın şərəfini qoruyacaq.

25 yaşlı futbolçu "qara qartallar"la müqavilə bağlamaq üçün İstanbula gəlib.

"Beşiktaş"ın Moskva klubuna 4,5 milyon avro ödəyəcəyi bildirilir.

Zaynuddinov ilinə 1,2 milyon avro müqabilində 4 illik müqavilə imzalayacaq.