"Qəbələ" Futbol Akademiyasında yeni baş məşqçi

“Qəbələ” Futbol Akademiyasında yeni təyinatlar gerçəkləşib.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Halim Fıçıcının gedişindən sonra akademiyanın baş məşqçisi vəzifəsinə Famil Xəlilov təyin olunub.

O, həm də U-19 komandasını çalışdırır. Yeni mövsümdə Zaur Hacıyev U-17, Sərdar Qafarov U-16, Ülfət Mədətov U-15 komandasının baş məşqçisi olub. Şəhriyar Kərimli U-14, Namiq Əliyev U-13, Turxan Ümüdlü U-12, Təbriz Hüseynli U-11, Anar Surxayev U-10 komandasını çalışdırır. Rəvan Rəcəbov isə U-8-i yeni mövsümə hazırlaşdırır. Akademiyanın komandalarının hazırlıqlarında qapıçı məşqçiləri Elçin Rzazadə və Oruc Quliyev də iştirak edir.

Qeyd edək ki, akademiyanın 2020/21 mövsümündə U-19, U-17, U-16, U-15 liqalarında, həmçinin U-14, U-13, U-12, U-11 və U-10 liqalarının zona yarışlarında təmsil olunacaq. U-8 komandası da yay fasiləsinə son verərək hazırlıqlara başlayıb.