"Qəbələ" heyətlə bağlı qərar verib
"Qəbələ" hazırkı heyətin bütün futbolçuları ilə yola davam edəcək.
Sportline.az xəbər verir ki, maliyyə cəhətdən sıxıntı olduğundan yeni transferlərlə bağlı suallar yaranıb.
Olsa belə, maksimum 2-3 futbolçu ola bilər. Belə olan halda onsuz da kasad olan heyətdən kimisə göndərmək qışdan sonra kluba daha ciddi problem yarada bilər.
Buna görə də rəhbərlik və məşqçilər korpusu qış fasiləsində heç kimi göndərməməklə bağlı qərar qəbul edib.