"Qəbələ" legioneri ilə vidalaşdı

"Qəbələ” şotlandiyalı futbolçusu Endi Hallidey ilə vidalaşıb.

Sportline.az "SunSport”a istinadən xəbər verir ki, müqaviləyə qarşılıqlı razılaşmaya əsasən xitam verilib. 26 yaşlı yarımmüdafiəçinin  "Qlazqo Reyncers"ə dönəcəyi bildirilir.

Qeyd edək ki, yayda "Qəbələ"yə keçən Endi Hallidey Premyer Liqanın 14 turunda cəmi 3 dəfə meydana çıxıb.