"Qəbələ"nin ən çox güvəndiyi futbolçu

“Qəbələ”də  2021-ci ildə ən çox oyun keçirən futbolçunun adı açıqlanıb.

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, yarımmüdafiəçi Stefan Vukçeviçdir.
 
Monteneqrolu futbolçu ötən il “Qəbələ” ilə 30 rəsmi oyuna çıxıb.

Onun ən yaxın izləyiciləri isə, 29 oyun keçirmiş Rafael Utziqlə Asif  Məmmədovdur.