"Qəbələ" Polşa klubuna uduzdu
"Qəbələ" Antalyadakı təlim-məşq toplanışında bu gün ilk yoxlama oyununu keçirib.
Sportline.az xəbər verir ki, Elmar Baxşıyevin komandası "Zaqlembe" (Polşa) ilə üz-üzə gəlib. Qarşılaşma Polşa klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Qəbələ"nin qolunu 9-cu dəqiqədə Fernan Lopes vurub.
"Zaqlembe" Polşanın əsas çempionatında çıxış edir. Komanda hazırda turnir cədvəlində 20 xalla 14-cüdür.
Qeyd edək ki, "Qəbələ" yanvarın 21-də "Borets" (Şimali Makedoniya), yanvarın 24-də "Bohemians" (Çexiya) ilə üz-üzə gələcək.