"Zirə" "Neftçi" ilə bacarmadı, Qəbələdə "Qarabağ"dan geridönüş
Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib.
Sportline.az xəbər verir ki, ilk olaraq "Qəbələ" doğma meydanda "Qarabağ"la qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib. "Zirə" isə "Neftçi"ni qəbul edib və görüşdə qol vurulmayıb.
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab görüşləri aprelin 29-u keçiriləcək.
20 aprel (çərşənbə)
17:30. “Qəbələ” – “Qarabağ” 1:3
Qollar: Asif Məmmədov, 5.(1-0) İsmayıl İbrahimli, 16.(1-1), İbrahimi Vadji, 87 (1:2), Kadi Borqes, 90+3-pen. (1:3)
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Rauf Allahverdiyev
Qəbələ şəhər stadionu
20:00. “Zirə” – “Neftçi” 0:0
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Vüqar Həsənli
Zirə İdman Kompleksinin stadionu