"Qəbələ" - "Səbail" görüşünün hakimi dəyişdirildi

Azərbaycan Premyer Liqasının XIX turunun “Qəbələ” – “Səbail” oyunun baş hakimi dəyişdirilib.

Sportline.az xəbər verir ki, bu barədə AFFA Hakimlər Komitəsindən Peşəkar Futbol Liqasına bildirilib. Həsənovun şəxsi səbəblərdən Qəbələyə yollana bilməyəcəyi diqqətə çatdırılıb.

Onu referi Rəşad Əhmədov əvəzləyib.

Qeyd edək ki, bu gün Qəbələ şəhər stadionunda keçiriləcək görüş saat 15:00-da başlanacaq.