"Qəbələ" "Səbail"ə məğlub oldu

Premyer Liqa təmsilçiləri "Səbail" və "Qəbələ" öz aralarında yoxlama oyunu keçiriblər.

Sportline.az xəbər verir ki, Qəbələdə keçirilən görüşdə Bakı təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, matçı FİFA referisi Əliyar Ağayev idarə edib.

31 iyul

19:00. "Qəbələ" - "Səbail" - 1:2
Qollar:
  Rauf Əliyev, 6-pen (0:1), Hendrik Ekşteyn, 80 (0:2), Merab Giqauri, 88 (1:2)

Qeyd edək ki, "Qəbələ" bundan əvvəl ilk yoxlama görüşündə "Zirə" ilə qolsuz heç-heçə edib. "Səbail"in isə bu, ilk yoxlama oyunu olub.