"Neftçi" və "Qəbələ"dən qələbə
Bu gün Azərbaycan Premyer Liqasında 16-cı tura start verilib.
Sportline.az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib. Əvvəlcə "Qəbələ" Səbail”i sınağa çəkib və 2:0 hesabı ilə qalib gəlib.
Digər qarşılaşmada isə “Neftçi” öz meydanında “Keşlə”ni qəbul edib və 3:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, turun sabah oynanılacaq matçında “Zirə” “Sabah”ı qəbul edəcək. “Qarabağ”ın “Sumqayıt”la təxirə salınan görüşü isə mayın 12-də baş tutacaq.
Azərbaycan Premyer Liqası
16-cıtur
19 fevral (şənbə)
17:15. “Neftçi” – “Keşlə” - 3:1
Qol: Sezar Meza Kolli, 21 (1:0), Stankoviç, 26 (2:0), Ramin Nəsirli, 44 (3:0), Felipe Santos, 90+3 (3:1)
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Eyyub İbrahimov, Rauf Allahverdiyev
“Bakcell Arena”
15:00. “Qəbələ” – “Səbail” - 2:0
Qol: Ülvi İsgəndərov, 78, İsnik Alimi, 90+7
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, İnqilab Məmmədov
Qəbələ şəhər stadionu
20 fevral (bazar)
17:00. “Zirə” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Elçin Məsiyev
Zirə İdman Kompleksinin stadionu
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qarabağ | 15 | 11 | 3 | 1 | 32-9 | 36 |
| 2 | Qəbələ | 16 | 8 | 5 | 3 | 25-17 | 29 |
| 3 | Neftçi | 16 | 7 | 4 | 5 | 25-22 | 25 |
| 4 | Zirə | 15 | 7 | 4 | 4 | 23-16 | 25 |
| 5 | Sabah | 15 | 6 | 2 | 7 | 23-23 | 20 |
| 6 | Keşlə | 16 | 4 | 2 | 10 | 18-28 | 14 |
| 7 | Sumqayıt | 15 | 3 | 4 | 8 | 10-21 | 13 |
| 8 | Səbail | 16 | 3 | 2 | 11 | 12-32 | 11 |
Bombardirlər:
Davit Volkov ("Zirə") - 10 qol
Coy-Lens Mikels ("Sabah") - 7 qol
Filip Ozobiç ("Qarabağ") - 7 qol
Musa Qurbanlı ("Qarabağ") - 6 qol
Abdullah Zubir ("Qarabağ") - 6 qol
Ülvi İsgəndərov ("Qəbələ") - 6 qol
İsnik Alimi ("Qəbələ") - 5 qol