"Qəbələ" şotland futbolçu ilə bağlı danışıqlara başladı
Şotlandiyalı futbolçu Endi Hollidey "Qəbələ"dən ayrıla bilər.
SportLine.az xəbər verir ki, yarımmüdafiəçi yanvar ayında komandadan ayrılmaq niyyətindədir. Futbolçu müqavilə ilə məxsus olduğu "Reyncers" klubunu qaydacaq. Şotlandiya mətbuatının yaydığı xəbərə görə, artıq Qlazqo təmsilçşisinin rəhbərliyi "Qəbələ" ilə danışıqlara başlayıb. Tərəflər arasında razılıq əldə olunsa, Endinin mövsümün sonuna qədər olan müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam veriləcək.
Qeyd edək ki, 26 yaşllı yarımmüdafiəçi "radarlar"ın heyətində 3 oyun keçirib.