"Qəbələ" "Sumqayıt"a qarşı

Milli komandaların oyunları ilə əlaqədar olaraq Azərbaycan Premyer Liqasında yaranmış fasilədə “Sumqayıt” və “Qəbələ” klubları arasında yoxlama oyunu keçiriləcək.

Sportline.az "Sumqayıt"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, oyun sabah Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında olacaq. Görüş saat 16:30–da başlanacaq.

Qeyd edək ki, komandaların Azərbaycan Premyer Liqasının sonuncu turundakı görüşü  1:1 hesabı ilə nəticələnib.