"Qarabağ" "Səbail"ə qalib gəldi, Qəbələdə heç-heçə

Azərbaycan Premyer Liqasında XVIII turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, “Qəbələ” doğma meydanda “Turan Tovuz”la bacarmayıb - 0:0.

Lider “Qarabağ” isə “Səbail”in qonağı olacaq.

Xatırladaq ki, ilk oyun günündə “Sumqayıt” “Sabah”a evdə (0:6), “Şamaxı” isə “Neftçi”yə səfərdə (0:3) böyük hesabla uduzub. Tura sabah keçiriləcək “Zirə” – “Kəpəz” matçı ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
XVIII tur
24 dekabr

“Qəbələ” – “Turan Tovuz” 0:0
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev.
Qəbələ şəhər stadionu, 15:00.

“Səbail” – “Qarabağ” 0:3
Qol: Ramil Şeydayev, 61, Musa Qurbanlı, 82, Abdullah Zubir, 88


Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Emin Əliyev.
“ASCO Arena”, 17:30.

Banner