"Turan Tovuz" "Qəbələ"yə qalib gəldi

Bu gün Misli Premyer Liqasında bir oyun keçirilib. 

Sportline.az xəbər verir ki, 14-cü turundan təxirə salınmış matçda “Qəbələ” öz meydanında “Turan Tovuz”u qəbul edib. Oyun qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, ötən il dekabrın 25-də oynanılan "Qəbələ" - "Turan Tovuz" matçı qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılmışdı. PFL-in qərarına əsasən, görüş yeni oyun kimi keçirilib.

Bu nəticədən sonra Tovuz klubu 40 xalla üçüncü, Qəbələ təmsilçisi isə 15 xalla onuncu pillədə qərarlaşıb. Bu komandaların ilk dövrədəki oyununda “Turan Tovuz” 1:0 hesablı qələbə qazanıb.

24 fevral (çərşənbə axşamı)

15:00. “Qəbələ” – “Turan Tovuz” - 0:3 

Qollar: Alexandro Serrano, 9 (0:1), Filip Ozobiç, 18 (0:2), Seydina Keyta, 47-avtoqol (0:3)

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Qəbələ şəhər stadionu