"Qəbələ" və "Zirə"nin heyətində itkilər var
Aprelin 29-da Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşləri keçiriləcək.
Sportline.az xəbər verir ki, "Qəbələ" və "Zirə" finala vəsiqə uğrunda həlledici oyuna itkilərlə çıxacaq.
"Zirə"nın məşqçisi Elton Yaqublu cəza səbəbindən mərhələnin cavab görüşünü də tribunadan izləyəcək.
"Qəbələ"də isə sarı vərəqə cəzalısı Stefan Vukçeviç "Qarabağ"la cavab oyununa çıxa bilməyəcək.