"Qəbələ" - "Zirə" matçında bərabərlik
Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk turuna yekun vurulub.
Sportline.az xəbər verir ki, son oyun günündə bir görüş keçirilib.
"Qəbələ" öz meydanında "Zirə"ni qəbul edib. Bu oyun qonaqların yeni baş məşqçisi Rəşad Sadıqov üçün əlamətdar olub. Millimizin və "Qarabağ"ın sabiq kapitanı "Zirə"də baş məşqçi kimi ilk rəsmi oyununa çıxıb.
23 avqust
Azərbaycan Premyer Liqası, 1-ci tur
19:00. “Qəbələ” – “Zirə” - 1:1
Qollar: Asif Məmmədov,3, (1:0), Ağabala Ramazanov, 28 (1:1)
Qırmızı vərəqə: Hacıağa Hacılı, 90+1 - ikinci sarı vərəqə ("Zirə")
Hakimlər: Kamal Umudlu, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu
22 avqust
“Qarabağ” – “Sabah” - 2:0
21 avqust
“Neftçi” – “Səbail” - 2:1
“Sumqayıt” – “Keşlə” - 0:1