"Qəbələ"də yeni müqavilələr

"Qəbələ" daha iki əcnəbi futbolçunu komandada saxlaya bilib.

Sportline.az xəbər verir ki, “qırmızı-qaralar” 27 yaşlı sloveniyalı hücumçu Nikolas Raysel və fransalı yarımmüdafiəçi Abdelrafik Jerarı komandada saxlayıb. Müqaviləsi başa çatan hər iki futbolçu ilə 2020/21 mövsümünün sonuna qədər razılıq əldə olunub. 

27 yaşlı Jerar qış fasiləsində bölgə klubuna keçib və keçirdiyi 4 oyunda 1 məhsuldar ötürmə edib. Raysel də "Qəbələ"yə ötən mövsümün yanvarında keçirib. O, 4 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.