"Qəbələ"dən ayrıldı, Polşa klubuna keçdi

"Qəbələ"dən ayrılan Fernan Lopes karyerasını Polşada davam etdirəcək.

Sportline.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Ekstraklasada çıxış edən "Yagelloniya" (Belostok) ilə 1+1 illik müqavilə imzalayıb. 

25 yaşlı futbolçu ötən mövsüm keçirdiyi 22 oyunda 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.