"Qəbələ"nin Çexiya klubu ilə görüşünün vaxtı açıqlandı

Türkiyədə təlim-məşq toplanışında olan "Qəbələ"nin  Çexiya “Bohemians”ı ilə keçirəcəyi yoxlama oyununun başlama saatı açıqlanıb.

SportLine.az klubun saytına istinadən xəbər verir ki, matç sabah  Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Oyun “Gloria Sports Arena”da keçiriləcək.

Xatırladaq ki, "Qəbələ" bundan əvvəl Türkiyənin “Akhisar Bələdiyyəspor”u (1:1) və Rusiya "Arsenal"ı ilə (3:3) heç-heçə edib,  İsveçrə “Sürix”inə uduzub (0:1), Makedoniya “Rabotniçki”nə qalib (2:1) gəlib.