"Qəbələ"nin futbolçusu "Kəpəz"də

Yeni mövsümün transfer çalışmalarını davam etdirən "Kəpəz" daha bir futbolçunun keçidini rəsmiləşdirib.

Sportline.az xəbər verir ki, 34 yaşlı müdafiəçi İlkin Qırtımov "sarı-göylər"in şərəfini qoruyacaq.

Onunla 1 illik müqavilə imzalanıb.

Qırtımovun son klubu "Qəbələ" olub.