"Qəbələ"nin futbolçusu "Sumqayıt"da

"Sumqayıt" klubu "Qəbələ"nin üzvü Ülvi İsgəndərovu icarəyə götürüb.

Sportline.az xəbər verir ki, 1997-ci il təvəllüdlü futbolçu "Sumqayıt" ilə 1,5 illik müqavilə imzalayıb. Ülvi yeni klubunda 70 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Ülvi İsgəndərov cari mövsümdə "Qəbələ"nin əvəzedici komandasının heyətində 13 qol vurmaqla bombardirlik siyahısında ilk pillədə qərarlaşıb.