"Qəbələ"nin rəqibi "Qalatasaray"ı məğlub edib

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Qəbələ" ilə qarşılaşacaq Macarıstan "Fehervar"ı yoxlama oyunu keçirib.

Sportline.az xəbər verir ki, rəqib Türkiyənin "Qalatasaray" komandası olub. Avstriyadakı təlim-məşq toplanışı zamanı oynanılmış qarşılaşma "Fehervar"ın qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 32-ci dəqiqədə Kenan Kodro vurub.

Qeyd edək ki, "Qəbələ" "Fehervar"la ilk görüşünü iyulun 21-də səfərdə, cavab matçını isə iyulun 28-də evdə keçirəcək.