"Qəbələ"nin sabiq futbolçusu baş məşqçi oldu

“Qəbələ”nin sabiq futbolçusu Aleksey Antonov baş məşqçi təyin olunub.

Sportline.az xəbər verir ki, 34 yaşlı mütəxəssis Ukraynanın “Çernomorets” komandasının baş məşqçisi kimi fəaliyyət göstərəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Antonov bundan əvvəl “Çernomorets”də baş məşqçi Sergey Kovaletsin köməkçisi kimi çalışırdı. 

“Çernomorets” Ukrayna 2-ci liqasında 14 oyuna topladığı 28 xalla 3-cü pillədə qərarlaşıb. Premyer Liqaya qayıtmaq uğrunda mübarizə aparan Odessa təmsilçisi hazırda liderdən cəmi 3 xal geri qalır.

Xatırladaq ki, Aleksey Antonov 2015-2016-cı illərdə “Qəbələ”nin şərəfini qoruyub.