Qətər - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
Bu gün Qətər və Azərbaycan milliləri arasında keçiriləcək beynəlxalq yoldaşlıq görüşünün hakimləri müəyyənləşib. SportLine.az xəbər verir ki, qarşılaşmanı Macarıstandan olan hakimlər briqadası idarə edəcək.
Qarşılaşmanın baş hakimi Ferens Karako olacaq. Ona Peter Berettian və Balaş Buzas kömək edəcəklər. Dördüncü hakim funksiyasını Saoud Al Athba (Qətər) yerinə yetirəcək.
Xatırladaq ki, qarşılaşma Bakı vaxtı ilə 20:00 başlayacaq.